İspaniyanın Barselona şəhərində "Tomorrowland Unite" festivalında yanğın səbəbi ilə 22 minə yaxın insan təxliyə edilib.
Metbuat.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videolarda yanğının əsas səhnədə baş verdiyi görsənir.
Məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb.