Mogerini Ruhaninin inauqurasiyasında iştirak edəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini avqustu 5-i Tehrana səfərə gedəcək.

Metbuat.az-ın məlumatına görə, Mogerini Birgə hərtərəfli fəaliyyət planının (JCPOA) Birləşmiş komissiyasının sədri kimi Həsən Ruhaninin inauqurasiyasında iştirak edəcək. 

"Bu münasibətlə o, nüvə proqramına dair sazişin yerinə yetirilməsinin və ikitərəfli və regional əhəmiyyətli məsələlərin müzakirəsi üçün İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək", - press-relizdə deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR