16 yaşlı hamilə qız diri-diri basdırıldı -

Hondurasda qəribə hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, ağzından qəfil köpük gələn 16 yaşlı hamilə xanım gözlərini yumub. Evə çağrılan rahib Neysi Perezin həyatını itirdiyini bildirib və qız gəlinlik geyindirilərək dəfn edilib. Lakin bir gün sonra onun qəbri üstə gedən həyat yoldaşı qəbrdən səslər eşitdiyini deyib. Ardınca məzar açılıb.

Cəsəd yenidən müayinə edilsə də, onda həyat izlərinə rast gəlinməyib və qız yenidən dəfn edilib. Lakin qızın yaxınları iddia edir ki, cəsəd qəbrdən çıxarılarkən isti olub. Bu da qızın diri-diri basdırıldığı anlamına gəlir.

Güman edilir ki, qızın ürəyi döyünmədiyindən rahib və həkimlər onun öldüyünü düşünüb. İddialara görə vaxtında düzgün diaqnoz qoyulsaydı qızı həyata döndürmək mümkün olacaqdı.

Sübhan / METBUAT.az 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR