Cənub-Şərqi Asiya ölkələri razılığa gəldilər

İki aydan çoxdur ki, Filippinin cənubundakı Mindanao adasında İŞİD yaraqlıları ilə hökumət qüvvələri arasında qanlı qarşıdurma davam edir.

Metbuat.az-ın məlumatına görə, həmin yaraqlılar qrupuna İndoneziyadan yeni dəstələrin qoşulduğu bildirilir. 

Bu üzdən Cənub-Şərqi Asiyanın beş ölkəsi və Avstraliyanın antiterror əməliyyatlarına cavabdeh olan nazirləri vəziyyəti müzakirə etmək üçün İndoneziyanın Sulavesi adasında bir araya gəliblər. 

Görüş zamanı yaraqlıların yerdəyişməsi ilə bağlı informasiya mübadiləsinin təşkili və onların hərəkətinin qarşısını almaq üçün sərhəd rejiminin gücləndirilməsi barədə razılıq əldə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR