Çinin davranışları Trampı məyus edib -

ABŞ prezidenti Donald Tramp, Çinin Şimali Koreyanın silah proqramını dayandırmağa kifayət qədər səy göstərmədiyini iddia edərək "məyus qaldığını" deyib.

Metbuat.az-ın məlumatına görə, o, sosial şəbəkədə yazıb:

"Mən Çindən çox məyus olmuşam. Bizim ağılsız keçmiş liderlərimiz onlara ticarətdən yüzlərlə milyard dollar əldə etməyə imkan veriblər, amma onlar bizim üçün Şimali Koreya barədə heç nə etmirlər, sadəcə danışırlar. Biz bunun davam etməsinə icazə verməyəcəyik. Çin bu problemi asanlıqla həll edə bilər”. 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR