"Sahil" bağında qətl törədən gənc APA TV-yə danışdı: "Necə olduğunu bilmədim..."

"Sahil" bağında qətl törədən gənc APA TV-yə danışdı: "Necə olduğunu bilmədim..."
19:09 8 Yanvar 2015
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 6-da “Sahil” bağında qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Çobanov törətdiyi əməlindən peşman olduğunu deyib. Təqsirləndirilən şəxs APA TV-yə bildirib ki, insident o yox, it gəzdirən tanımadığı şəxslər yaradıb: "Yoldaşımı götürməyə getmişdim, it hürdü. Dedim itini çək, cavab verdi ki, sənlik deyil. Üstümdə bıçaq vardı, vurdum onları. Heç bilməmişəm, necə olub..."  

 

Xatırladaq ki, yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı  Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR