Tarixdə bu gün nələr baş verib?

31 iyul 1926-cı ildə akademik, neft-qaz sahəsində tanınmış alim, ictimai xadim Mithəd Teymur oğlu Abbasov Bakıda anadan olub.

1991-ci ilin bu günü erməni terrorizmi Azərbaycana qarşı növbəti qanlı aksiyanı həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağı Respublikasının Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. 

31 iyul 2002-ci ildə prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yardılması haqqında" fərman imzalayıb.

31 iyul 1946-cı ildə İsveç, NorveçDanimarka "SAS" hava yolu şirkətinin əsasını qoyub.

1965-ci ilin bu günündə İngiltərədə televiziyada siqaret reklamı qadağan edilib.

31 iyul 2006-cı ildə Fidel Kastro Kubada hakimiyyəti qardaşı Raula ötürüb.

31 iyul 2007-ci ildə Britaniya ordusunun 1969-cu ildə başlayan Şimali İrlandiya konflikti dövründən Şimali İrlandiyada həyata keçirdiyi Banner əməliyyatı başa çatıb.

Tarixdə bu gün 28 iyul-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR