Paris terroru haqda şok iddia

Paris terroru haqda şok iddia
19:11 8 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə “Charlie Nebdo” satirik jurnalına edilən silahlı hücumla bağlı şok iddia irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, “Free Gaza” hərəkatının nümayəndəsi Qreta Berlin iddia edir ki, terror aktının arxasında İsrail kəşfiyyatı durur.

Onun sözlərinə görə, hücumu birbaşa İsrailin "Mossad" kəşfiyyat idarəsi təşkil edib. Q.Berlin bildirib ki, terror aktı bir müddət əvvəl Fələstinlə Fransa arasında imzalanmış sazişə cavab olaraq həyata keçirilib.

"Ümid edirik ki, Fransa polisi bu "oyun"un iç üzünü açacaq və başa düşəcəklər ki, müsəlmanlar Fransaya hücum etməyib. Xatırladım ki, İsrail Fransaya bu sazişə görə xəbərdarlıq da etmişdi", deyə Q.Berlin bildirib.

Onun sözlərinə görə, Fransa Fələstinin tanınmasının lehinə səs verdiyinə görə, İsrail bunun əvəzini Parisdə terror aktı törədərək çıxıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR