Play Store

“İstefa verməmişəm, işdən çıxarılmışam” – Fatih Terim

Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fatih Terim bu gün Tvitter hesabından açıqlama yayıb.

O yazıb ki, Türkiyə Futbol Federasiyasındakı (TFF) vəzifəsindən istefa verməyib, çıxarılıb.

“Bir müddət əvvəl yaşanan olaydan (Restorandakı məlum dava nəzərdə tutulur – red.) sonra Yıldırım Demirörənə (TFF prezidenti – red). dedim ki, əgər bu hadisə quruma və şəxslərə zərər verirsə, vəzifəmdən gedə bilərəm. Bundan sonra Yıldırım Dəmirörən məni qucaqlayaraq, “Hocam, hələ qarşıda çox işimiz var” dedi və işdən ayrılmağımın mümkün olmadığını söylədi”.

O daha sonra qeyd edib ki, bu görüşdən bir neçə gün sonra Əli Dürüst (TFF-nin birinci vitse-prezidenti – red.) rəhbərliyinin onun işinə son verdiyi barədə qərarı açıqlayıb.

Fatih Terim qeyd edib ki, bundan sonra Yıldırım Dəmirörənlə yenidən görüşüb: “Ondan həqiqəti söyləməsini istədim. Dedi ki, sənə çox təzyiq ediblər. Sənə görə də bizə təzyiq edirlər”. //Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR