Play Store

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat - Sabahdan başlayır

Avqustun 1-dən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq.

Metbuat.az-ın xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirib.

O, qeyd edib ki, Bakı şəhərində məktəbəhazırlıq qruplarına avqustun 1-dən sentyabrın 18-dək elektron sistemlə ərizələrin onlayn qeydiyyatla aparılacaq: "Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək".

Qeyd edək ki, rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

BAKI: ABŞ səfirliyinin qarşısında "Allahu Əkbər" qışqırdı və...-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR