Hacıqabulda 4 nəfəri güllələyən kimdir? - Sən dəmə, ölən şəxs onu...

Bu gecə Hacıqabul rayonunda 5 nəfərin güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bayram İbrahimov küçəsində Məhəmməd Qəmbərovun evinə gələrək 4 nəfəri gülləyərək öldürən Mübariz Mehdiyevin psixi problemlərinin olduğu bildirilir. Məlumata görə, M.Mehdiyev Qəmbərovlar ailəsinin başçısı olan Məhəmməd Qəmbərovla Rusiyaya işləməyə gedib. Lakin orada bu şəxslər arasındakı münasibətlər pozulub və M.Qəmbərov vaxtaşırı həmyerlisini döyürmüş. Xeyli vaxt keçəndən sonra Hacıqabula qayıdan tanışların münasibəti qaydasına düşməyib və Məhəmmədin onun haqqında nalayiq söhbətlər etdiyini eşidən Mübariz tüfənglə onun evinə gələrək güllələmək istəyib.

Bildirilir ki, Məhəmməd Qəmbərov dərhal evi tərk edərək uzaqlaşıb. Məhəmmədin arxasıyca atəş açan və onu yaralayan M.Mehdiyev daha sonra onun ailə üzvlərini qətlə yetirib.

M.Mehdiyevin daha sonra özünü güllələməsi, yaxud polis tərəfindən zərərsizləşdirilməsi isə hələlik tam dəqiqləşməyib. //Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR