Play Store

Damla, Üzeyir, Şəbnəm bayağı mahnılar oxuyur? - İfaçı qəzəbləndi

Bayağı mahnılar, onların bəstəkarları, sözlərini yazanlar kimlərdi?

Metbuat.az xəbər verir ki, lirik tenor ifaçı Şahin İsmayılov bununla bağlı açıqlama verib.

“Elə mahnılar var ki, onlara mahnı demək olmaz. Bu mahnılar insanların zövqünə mənfi təsir edir, sözlərinin və musiqisinin heç bir dəyəri yoxdur. Əgər musiqinin mənası yoxdursa, mahnının sözləri bəsit və cılızdırsa, dinləyici bundan nə götürə bilər?”

Ş.İsmayılov bu cür mahnıların bəstəkarlarını və şairlərini də qınayıb: “Musiqi bir mədəniyyətdir. Bu cür mahnıların yayılmasının qarşısı mütləq alınmalıdır”.

Ən maraqlısı odur ki, Şahin İsmayılov müğənniləri qınadıqca, ATV maqazin proqramında Damlanın, Üzeyirin, Şəbnəmin mahnıları səsləndirilib.

"Ərəb şeyxi" Aygünə inanılmaz təklif etdi - "5-ci arvadım olarsan?" - Oxumaq üçün tıkla 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR