Dildəki bu yaralar xərçəng əlamətidir? - HƏKİM RƏYİ

Dildəki yaralar ölümcül ola bilər.

Metbuat.az xəbər verir ki, burun-boğaz xəstəlikləri üzrə mütəxəssis professor həkim Xeyrəddin Çingiz Alpay dildəki yaraların dil xərçənginin əlaməti ola biləcəyini deyib.

Dil xərçəngi ilə bağlı açıqlamalar verən həkim siqaret və alkoqol istifadəsinin səbəb olduğu xərçəng xəstəliyinin əlaməti kimi dildə yaraların meydana gəldiyini vurğulayıb. Dəqiq müayinə və biopsi ilə xəstəliyə erkən dioqnoz qoymağın mümkün olduğunu deyən Alpay, "Bədənin digər hissələrində olduğu kini dildə də xərçəng şişləri ola bilər. Digər xərçəng növlərində olduğu kimi dil xərçəngində də genetik faktorlar rol oynayır. Bununla yanaşı, siqaret, düzgün olmayan ağız təmizliyi, alkoqol xərçəngə səbəb olur. Gündəlik ağız təmizliyi zamanı xüsusilə, dilin altında qalan və "tabut hissə" adlanan bölgənin müayinəsi vacibdir. "Dil xərçəngi lezyonları ağrısız, dilin alt arxa tərəfində ola bilər. Çətinliklə görünən bir yer olduğu üçün dioqnoz qoymaq çətindir. Xəstəliyə dioqnoz "lezyon"dan alınan biopsinin potoloji dəyərləndirilməsi ilə qoyulur. Xəstəliyin müalicəsində daha çox radioterapiya üsulundan istifadə edilir.

Aysel Yaqubqızı / Metbuat.az

Ağızdakı yaraları yox edir -XALQ TƏBABƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR