Play Store

Pomidor souslu toyuq budunun hazırlanması - RESEPT

Hazırlanması sadəcə yarım saatınızı alacaq toyuq yeməyi hazırlamaq istəyirsiniz?

Metbuat.az pomidor souslu toyud budunun hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Yarım stəkan zeytun yağı

1 yemək qaşığı pomidor tomatı

1 yemək qaşığı bibər tomatı

6 ədəd toyuq budu

Sousu üçün

1 yemək qaşığı pomidor püresi

1 ədəd sarı pomidor

Duz, qara istiot, kəklikotu, sumaq

1 stəkan tumsuz qara zeytun

Üzəri üçün

Təzə rozmarin

Hazırlanması:

Zeytun yağı və tomatı bir kasada qarışdırıb toyuq budlarının üzərinə sürtün. Yapışmayan tavada xəfif qızardın. Sousu üçün sürtgəcdən keçirilmiş pomidor, pomidor püresi və kub şəklində doğradığınız sarı pomidoru soba qabına alıb qarışdırın. Duz və ədviyyatlarla dadlandırın. Xəfif qızartdığınız toyuq ətlərini sousun üzərinə alın. Tumsuz qara zeytun əlavə edin. Öncədən qızdırılmış 180 dərəcə sobada yarım saat bişirin. Rozmarin ilə bəzəyib servis edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Yayın ən dadlı salatı - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR