Araz Ağalarovun anası dəfn edildi (FOTO)

Araz Ağalarovun anası dəfn edildi (FOTO)
19:26 8 Yanvar 2015
240 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun anası Əminə Nuriyeva bu gün dəfn edilib.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, günorta saatlarında Ə.Nuriyevanın cənazəsi yaşadığı Azərbaycan prospekti 11 ünvanından götürülüb və Qurd Qapısı məzarlığında dəfn edilib.

Bu gecə ABŞ-dan Azərbaycana gələn Araz Ağalarovla yanaşı, bir sıra tanınmış dövlət xadimləri, ictimaiyyət nümayəndələri, biznesmenlər də dəfndə iştirak edib.

Qeyd edək ki, Ə.Nuriyeva yanvarın 6-da dünyasını dəyişib.

Allah rəhmət eləsin.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR