"Torpaqlarımızı azad etməliyik!" - POLKOVNİKDƏN AÇIQLAMA!

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.

Müdafiə Nazirliyi bəyan edib ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcək.

Baş vermiş hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən polkovnik Şair Ramaldanov bildirib ki, biz sözümüzü deməliyik:

“Cəbhədə qeyri-adi bir şey baş vermir. Ona görə ki, bu, cəbhədir. Biz bilirik ki, düşmənlə üz-üzə dayanırıq. Əsgərlərimizin əsas vəzivəsi mövqelərimizi müdafiə etmək, orada yaşayan dinc əhalinin təhülkəsizliyini qorumaqdır. Aktiv olmasa da, hazırda ölkəmiz müharibə şəraitindədir. Hərbçilərin təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirərkən, hadisə baş verib. Bu vəziyyətdə itkilər də olur. Müharibə şəraitində olan ölkə üçün bu adi haldır. Bu, birinci deyil, amma axırıcı olması üçün sözümüzü deməliyik. Torpaqlarımız azad etməliyik. Sərhədlərimizi bərpa etdikdən sonra bu məsələləri nəzarətdə saxlamaq olar. Erməni tərəfi daim təxribatla məşğul olur. Azərbaycan əsgəri daim tutduğu mövqeləri qoruyacaq. Qanı, canı bahasına”.

Sabah hava küləkli, buludlu, yağmursuz keçəcək - Proqnoz - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR