Bakı-Quba yolunda avtomobil aşdı - Ölü və yaralılar var

Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunun 112-ci km-də Bakı şəhər sakini, 24 yaşlı Rübabə Əliyevanın idarə etdiyi “KİA” markalı avtomobil aşıb.

Qəza nəticəsində maşında olan sərnişin, sürücünün anası, 55 yaşlı Sənəm Əliyeva ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Apa

Xaçmazda 6 otaqlı ev yanıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR