Play Store

Ətlə birlikdə yemin qiyməti də qalxdı - Səbəb nədir...?

Ölkədə son bir ayda ətin qiyməti xeyli bahalaşıb.

Metbuat.az bildirir ki, qəssablar rayonlardan gələn diri heyvanın qiymətinin artıdığını deyirlər. Fermerlər isə ətin qiymətinin bahalaşmasını yemin qiymətinin yüksək olması ilə əlaqələndirirlər.

Məsələyə münsibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bu il yem istehsaı bol olub:

"Heyvandarlıqda yem bazasını möhkəmləndirmək məqsədilə, taxıl yığımından sonra boş sahələr yenidən əkilir. Xüsusilə də, qarğıdalı bitkisi əkilir. Bu da yem bazasının möhkəmlənməsinə gətirib çıxarır.

Məhsulun qiymətini bazar təyin edir. Qiymətlər bazarda tələb və təklif əsasında müəyyən olunur. Yəni, bazar özü qiymətləri tənzimləyir. Ətin qiyməti də fəslin müəyyən vaxtında qalxa da bilər, ucuzlaşa da”.

İstirahət məkanında faciə - FOTOLAR - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR