60 qram qoz həyat qurtarır

Luiziana Dövlət Universitetinin apardığı araşdırmaya görə, hər gün kiçik paket qoz yeyərək ən çox təsadüf edilən xəstəliklərə meydan oxuya bilərsiniz.

Metbuat.az xəbər verir ki, siçanlar üzərində 10 həftə davam edən testlər nəticəsində gündə sadəcə 60 qram (təxminən 28 ədəd qoz) qozun infarkt, xərçəng riskini azaltdığı ortaya çıxıb. Bu qozun ən şəfalı qidalardan biri olduğunu isbat edən ilk araşdırma deyil.

Ürək xəstəlikləri, xərçəng və demensiya (ağılın zəifləməsi) kimi xəstəliklərin mərkəzində xroniki iltihab dayanır. Araşdırmanın nəticəsinə görə, qoz iltihabəleyhinə xüsusiyyətə sahib faydalı bakteriyaların böyüməsinə yardımçı olur. Hər gün kiçik paket qoz yeyərək mədənizdəki faydalı bakteriyaların çoxalmasını təmin edəbilərsiniz.

Professor Lauri Byerley deyib: “Mədə sağlamlığı bədənin geri qalan hissələrinin sağlamlığı ilə bağlıdır. Araşdırmamız qozun mədəni dəyişdirdiyini göstərir. Bu da qozun ürəyə, beynə və digər orqanlara faydalı olduğunu açıqlayır”.

Aysel Yaqubqızı / Metbuat.az

Ağızdakı yaraları yox edir -XALQ TƏBABƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR