Keçən illə müqayisədə qəzalarda ölənlərin sayı artıb

2017-ci ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3% yaxşılaşaraq 85,4% təşkil edib, həmçinin daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 288 cinayətin açılması təmin edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, hesabat dövründə qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətindən 76 hadisənin açılması təmin olunub. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2016-cı ilin birinci yarımili ilə müqayisədə 9 hadisə azalmaqla, onların açılması əsasən sabit qalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin isə 100% açılması təmin edilib.

Hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 57 fakt azalaraq 848 fakt, xəsarət alanların sayı 138 fakt, yəni 832 nəfər azalsa da təəssüf hissi illə qeyd edilməlidir ki, həmin hadisələr zamanı ölənlərin sayı 11 fakt artaraq 315 nəfər təşkil edib.

Aprel döyüşləri ilə bağlı YENİ VİDEO - "Vur, onu vur..." - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR