Play Store

Bu gün 2 manat oldu: DOLLAR, yoxsa AVRO?

Digər valyutalarla müqayisədə avronun məzənnəsi artmaqda davam edir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirdi ki, son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib:

“Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11%-ə yaxın bahalaşıb. Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan "Ağ Evin" dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Belə ki, dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9%-lik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyirinə işləyən faktorlardandır. Bu həftə Avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Bu göstəricilər birlik iqtisadiyyatına pozitiv notlar əlavə edəcəkəsə, o zaman avronun möhkəmlənməsi davam edə bilər”.

İqtisadçı əlavə etdi ki, manat da avroya nisbətən ucuzlaşmaqda davam edir:

“Aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 AZN ödəmək lazım idisə, indi 1 avro pul üçün 1.9963, yəni 2 manata yaxın pul ödəmək lazımdır. Bu isə o deməkdir ki, son 4 ayda manat avroya nisbətən 10% ucuzlaşıb. ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızn başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmaslna ehtiyac var".

Avqustun 1-nə dolların məzənnəsi -Mərkəzi Bank - OXUMAQ ÜÇÜN TIKAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR