BAKIDA: Yük maşını itin üstündən keçdi - Belə də olur...

Yük maşını itin üstündən keçdi.

Metbuat.az bildirir ki, hadisə paytaxt Bakıda baş verib. “Qazel” markalı, 10 XB 125 dövlət nömrə nişanlı avtomobildə olan sürücü və sərnişin iti yerlə sürüyərkən bir nəfər xanım sürücü onlara etiraz edib. Xanım “Qazel”i saxlatdırdıqda məlum olub ki, iti zəncirlə bağlayan sərnişin kabinədə oturaraq heyvanı asfalt üzərində sürüyərək aparır. Buna etiraz edən qadın sürücü onlara irad tutub və iti buraxmalarını tələb edib.

Daha sonra xanımlar hadisə yerinə polis çağırıblar. Hadisənin sonrakı mərhələsi isə videoda əks olunmayıb.

Qeyd edək ki, bu görüntülər sürücünün və onun yanındakı sərnişinin cərimələnməsinə səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsində heyvanların maşınla daşınması qaydasını pozmağa görə 60 manat cərimə nəzərdə tutulur.

Sevginin acı sonu: Özlərini ağacdan asdılar.... - FOTO - OXUMAQ ÜÇÜN TIKLAYIN!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR