Play Store

Əfqanıstandan qaçdı, Danimarkada ulduz oldu... - FOTOLAR

"Taliban"dan qaçan əfqan əsilli Nadia Nadimin həyatı maraqlı faktlarla zəngindir.

Metbuat.az xəbər verir ki, 29 yaşlı futbolçu Danimarka millisində oynayır. 5 qız uşağı olan ailədə dünyaya göz açan Nadianın uşaqlığı "Taliban" rejiminin qanlı günlərinə təsadüf edir. Əfqan ordusunun generallarından sayılan atası Rəbani 90-cı illərdə rejim tərəfindən edam edilib.

Nadianın ailəsi saxta sənədlərlə əvvəlcə Pakistana, oradan da İngiltərəyə keçib. Bir müddət sonra isə Nadia ailəsi ilə birlikdə Danimarkadakı qaçqın düşərgələrindən birinə yerləşib. Qaçqın düşərgələrinin yaxınlığındakı futbol klublarından birində məşqə başlayan Nadia karyerasını Danimarka millisində davam etdirir.

O, qadınların Avropa Futbol Çempionatında Danimarkanın Almaniya üzərində 2-1 hesabı ilə qələbəsindən sonra məşhurluq qazanırb. Peşəkar futbolçu Danimarka vətəndaşlığını alaraq milli forma geyinib.

Nadia 3 avqustda Avstriya ilə keçiriləcək yarışa hazırlaşır.

Aytən Novruzova / Metbuat.az

DÜŞMƏNÇİLİK: Qıza 20 kişi təcavüz etdi - RƏZALƏT!-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR