Yığmamız yenə məğlub oldu

Yığmamız yenə məğlub oldu
19:54 8 Yanvar 2015
178 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələnin növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan 1997-ci il təvəllüdlü futbolçulardan ibarət millimiz növbəti matçına çıxıb.

 

H qrupunda yer alan komandamız Cənubi Koreya ilə üz-üzə gəlib. Xalsız olan yığmamız bu görüşdə də məğlub olub. Asiya təmsilçisi millimizə 3 cavabsız qol vurub - 3:0.

 

Qeyd edək ki, Nikolay Adamın yetirmələri ötən gün Sankt-Peterburq komandasına 4:2 hesabı ilə uduzaraq, turnirdə ilk məğlubiyyətini alıb.

 

H qrupu

08 yanvar

AZƏRBAYCAN - Cənubi Koreya - 0:3

Qollar: Kim Minho, 8, Kanq Jihun, 57, Lim Minhyoek, 73

 

 

1.

Cənubi Koreya

 

1

1

0

0

3:0

3

2.

Sankt-Peterburq

 

1

1

0

0

4:2

3

3.

AZƏRBAYCAN

 

2

0

0

2

2:7

0

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR