Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılacaq

19:57 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 19:47 ]


Bakı. Cavid Zeynallı – APA. Yanvarın 16-da Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılacaq.

 

Muzeydən APA-ya verilən məlumata görə, sərgi fevralın 10-dək davam edəcək.

 

Rəssam M. Əmirov tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.

 

Qeyd edək ki, müstəqil rəssam kimi fəaliyyət göstərən M. Əmirovun əsərləri ABŞ, Fransa, Almaniya və Litvada nümayiş etdirilir, dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR