"Qarabağ"ın oyunu hansı kanalda yayımlanacaq? - AÇIQLAMA

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Metbuat.az-ın məlumatına görə, ilk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu "Qarabağ" meydana çıxacaq.

Ağdam təmsilçisi səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən matçda qolsuz heç-heçə qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı var.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Qurban Qurbanovun komandası isə son üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.

Klubdan Metbuat.az-a verilən məlumata görə oyun heç bir televiziya kanalında yayımlanmayacaq.

"Qarabağ" yeni tarix yaza biləcək? - BÖYÜK GÜN-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR