Ev şəraitində vanilli dondurma hazırlayın -RESEPT

Yay aylarında həkəsin sevimli qidalarından biri dondurmadır. Bu dəfə ev şəraitində dondurma hazırlayacağıq.

Metbuat.az vanilli dondurmanın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

2 stəkan süd

1 çay qaşığı vanil

4 yumurta sarısı

1 stəkan şəkər tozu

200 qr qaymaq

Hazırlanması:

Əvvəlcə 2 stəkan südə vanil əlavə edib qaynadın. Süd qaynandıqdan sonra isə 15 dəqiqəyə yaxın soyudun. Bu vaxt başqa bir qazanda 4 yumurta sarısını şəkər tozu ilə qarışdırın, ilıq südü həmin qarışıma yavaş-yavaş qarışdıraraq əlavə edin. Qazanı içi su ilə dolu başqa bir qabın içinə zəif temperaturda qarışdıraraq bişirin. Qaynamamağı üçün xüsusi diqqət yetirin.

Ümumiyyətlə, krem halına gələnə qədər 10-15 dəqiqə bişirin. Qarışıq qaşığa yapışmağa başlayanda ayrı bir qaba töküb soyumağa qoyun.

200 qr qaymağı ayrı bir qabda qarışdırıb, hazırladığınız soyuq qarışığa az-az töküb qarışdırın.

Üzərini örtüb dərin dondurucuya qoyun. Sonra qarışığı dondurucudan çıxarıb mikserlə bir neçə saniyə qarışdırın və yenə də dərin dondurucuya qoyun. Bu prosesi qarışıq dondurma halına gələnə qədər bir neçə dəfə təkrarlayın.

Nuş olsun!

Pomidor souslu toyuq budunun hazırlanması - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR