ABŞ Ukraynaya silah satacaq - Rusiya ilə yeni qalmaqal

Pentaqon və ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə raket və digər silahların çatdırılmasını nəzərdə tutan plan hazırlayıb.

Metbuat.az xəbər verir ki, hələ ki, "Ağ Ev" planı təsdiqləməyib. ABŞ hərbçiləri və diplomatları silahların müdafiə xarakterli olmasını və Moskva tərəfindən təcavüzün qarşısını almaq üçün nəzərdə tutulduğunu bildirib.

Pentaqon və Dövlət Departamentinin təklifinə əsasən, Ukraynaya böyük ehtimalla “Javelin” raket kompleksləri, həmçinin hava hücumundan müdafiəni nəzərdə tutan digər vasitələr veriləcək.

“ABŞ bir müddət pauza götürsə düzgün olar”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

“Tramp adminstrasiyası ABŞ və dünyada baş verən prosesləri normal dərk etmək imkanına malik deyil. Yaxşı olardı ki, ABŞ istənilən məsələ üzrə böyük qərarlar qəbul etməsin. ABŞ Ukraynaya silah göndərəcəksə, hücum və ya müdafiə silahı olub-olmamasından asılı olmayaraq Rusiya təcili şəkildə çalışacaq ki, ona reaksiya versin. Bu isə Ukraynadakı vəziyyəti gərginləşdirə bilər. Onsuz da Rusiya Ukrayna ilə bağlı siyasətini dəyişib. Rusiya artıq Ukraynanın yalnız şərqinə deyil, bütün Ukraynaya iddialıdır. Əgər ABŞ Ukraynaya silah verəcəksə, əvəzində Rusiya Ukraynadakı vəziyyəti gərginləşdirə bilər. ABŞ-ın region ölkələrinə silah satmaqla bağlı planları var. ABŞ-ın həmin ölkələrə silah satmaq siyasəti əks təsir verəcək”.

"Qarabağ"ın oyunu hansı kanalda yayımlanacaq?- AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR