Bakıdakı dəhşətli qəzanın

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində (Komsomol dairəsi adlanan yerdə) "QAZ 31 10" markalı minik avtomobilinin "Ford"a çırpılması nəticəsində ölən və yaralananların olduğu məlum olub.

Metbuat.az xəbər verir ki, baş vermiş qəzadan sonra alovlanan "QAZ 31 10"dakı şəxslərdən biri hadisə yerində vəfat edib. 15 yaşlı Kərimov Muxtar Mətləb oğlu ilə 33 yaşlı Şükürov Saleh Əmiraslan oğlu isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, ərazidə tıxac yarandığından təcili tibbi yardım briqadaları hadisə yerinə çətinliklə və vaxt itirməklə yetişə bilib. Qəzadan sonra Heydər Əliyev prospektində tıxac yaranıb.

Qəzadan fotoları təqdim edirik:

YANĞIN: FHN-nin təyyarəsi havaya qalxdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR