Çin ABŞ-ı ittiham etdi

Çin və Rusiya Koreya yarımadasındakı gərginliyi aradan qaldırmaq üçün yol xəritəsi hazırlayır.

Metbuat.azın məlumatına görə, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei açıqlama verib. Onun sözlərinə görə, gərginliyin bu həddə çatmasının günahkarı Pekin yox, Vaşinqton və Pxenyandır.

Vəziyyətin kifayət qədər ciddi olduğuna işarə edən diplomat bildirib ki, dialoqun başlamasına tərəflərin irəli sürdüyü ilkin şərtlər əngəl törədir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR