"Ağ ev" də növbəti gərginlik

Amerika Birləşmiş Ştatları hakimiyyətində növbəti dəfə gərginlik yaşanıb.

Metbuat.az-ın məlumatına görə, prezident Donald Tramp 10 gün əvvəl kommunikasiya işləri üzrə direktor təyin edilən Entoni Skaramuççini vəzifəsindən azad edib. İddialara görə, buna onun "Ağ ev"dəki yüksək rütbəli rəsmilərə qarşı kobud davranması səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Skaramuççi yerli mediaya müsahibəsində "Ağ ev"in bəzi nümayəndələrinə qarşı ittihamlar irəli sürərək onların ünvanına təhqiredici ifadələr səsləndirmişdi. 

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR