Moskva, Pxenyan və Tehran növbəti dəfə cəzalandı

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Konqresin İran, Rusiya və Şimali Koreya barədə qəbul etdiyi qanunu imzalayıb.

Metbuat.az-ın məlumatına görə, Gürcüstanda səfərdə olan ABŞ-ın vitse prezidenti Mayk Pens bildirib ki, sənəd həmin ölkələrə qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutur. Qadağalar bu gündən etibarən qüvvəyə minib.

Onun sözlərinə görə, Tehran və Pxenyan silah proqramını inkişaf etdirdiyinə, Moskva isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə cəzalandırılıb. 

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR