Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Yanvar
20:14 8 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

“İşin içində Sorosmu var?” Bir zamanlar bu, Türkiyə mətbuatının tanınmış köşə yazarlarının tez-tez istifadə etdiyi ifadə idi. Birjalarda oynamaqla külli miqdarda vəsait əldə edən avantüristin bu kapitalı rəngli inqilablara, “ərəb baharı”na sərf etməsi onu daha da populyarlaşdırdı. Bu kontekstdə macar əsilli Sorosun maliyyəçi kimliyi arxa plana keçsə də, əslində o bu gün də dünyanın bir nömrəli birja oyunçusu sayılır. Sorosu populyarlaşdıran xaos yaratmaq qabiliyyəti deyil, verdiyi iqtisadi proqnozlardır. Əksəriyyət hesab edir ki, Soros yalnız maliyyə sisteminə təsir imkanı olduğu ölkələrlə bağlı proqnozlar verir və daha sonra təsir imkanlarını işə salaraq həmin ölkənin iqtisadiyyatını çökdürür. Bu yanaşma Sorosun maliyyə işlərinə təsir imkanını daha da artırıb və bütün ciddi maliyyəçilər öz işini amerikalı milyarderin açıqlamaları əsasında qurur. Bu məntiqdən çıxış etsək, o zaman Corc Sorosun “Rusiyanı defolt gözləyir” proqnozu son dərəcə ciddiyə alınmalıdır. Çünki eyni məntiqə əsasən, dünyada neftin qiymətinin ucuzlaşmasında və Rusiyada yaşanan böhranda Soros kimi qlobal oyunçunun mütləq əli var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR