Mehriban Xanlarovadan anasına doğum günü təbriki - "Qüsurlu olmağından..."

Əməkdar artist Mehriban Xanlarova anasının doğum gününü təbrik edib.

Metbuat.az xəbər verir ki, o, anasına olan ürək sözlərini sosial şəbəkədəki dostları ilə də bölüşüb:  

"Canım anam, bu gün sənin dünyaya gəldiyin gündür. Səni ürəkdən təbrik edirəm. Böyük Allah səni mənə çox görməsin. Dünyanın bütün gözəlliklərinə layiqsən. Çünki bizim üçün bütün əziyyətlərə qatlaşıb boya-başa çatdırmısan. Sənin sayəndə böyüyüb, həyatın yüksək zirvəsinə qalxmışam. Əllərindən öpürəm. Mən heç vaxt sənin qüsurlu olmağından utanmamışam, yaşama səbəbim. Mən hər dəfə səni bağrıma basıb öpəndə xoşbəxt oluram. Sənin o nurani üzün güləndə dünyalar mənim olur. Mən səninlə fəxr edirəm. Yaxşı ki, mənim anamsan. Ad günün mübarək, gözəl anam. Allah sənə can sağlığı versin. Həyatım boyu sənə borcluyam. Valideynlərimizin kölgəsi üstümüzdən əksik olmasın. Amin".

Çəkiliş zamanı müğənninin halı pisləşdi - Xəstəxanaya yerləşdirildi - Oxumaq üçün tıkla 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR