Yeni mənzil almaq istəyənlər, OXUYUN! - Dövlət rüsumunu...

Yeni mənzil alarkən aparılan sənədləşmə işləri və ödənilən dövlət rüsumu ilə bağlı suallar hər kəsi düşündürür.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirdi ki, yeni tikilən binalardan ev alarkən, ilkin olaraq MTK ilə alqı-satqı müqaviləsi bağlanılır. Ondan sonra həmin şəxslərə qəbzlər təyin olunur:

“Alıcı mənzilin pulunun tam ödənişini edibsə, ona maliyyə arayışı verilir. Bu arayış MTK ilə bağlı ödənişin yerinə yetirildiyini göstərir. Həmin sənədlər isə mənzil sahibinə verilir. Bina təhvil verildikdən sonra (Söhbət paytaxtda yerləşən binalardan gedirsə) Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istismara qəbul olunubsa, bundan sonra həmin mənzillərin sahiblərinə rəsmi reysterdən çıxarış təqdim olunur və onunla bağlı qeyd olunan sənədlər verilir. Sonda isə dövlət rüsumu ödənilir. Çıxarışların verilməsinə görə 30 AZN, texniki pasportların verilməsinə görə isə 50 AZN ödənilir”.

Azərbaycanlı qız bu şərhi ilə "Facebook"-da məşhurlaşdı - "Ay gəlinlər, imkan verin..." / FOTO - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR