Play Store

“Qarabağ” mərhələ keçsə - "Ölüm qrupu"na düşəcək

Çempionlar Liqasının qrup mərhələsinin təxmini səbətləri açıqlanıb. 

III təsnifat mərhələsinin cavab oyunları başa çatmamış əsas raundun 32 iştirakçısının yer ala biləcəyi təxmini "səkkizlik" bəlli olub.

Yarışa birbaşa qrupdan başlayacaq 22 komandanın iştirakı dəqiqləşib. Digər 10 komanda isə reytinqinə görə siyahıya daxil edilib. Buna görə, təsnifatdan mübarizəyə başlayan və əmsalı aşağı olan (18,050) "Qarabağ"ın adı "32-lik"də yoxdu.

Çempionlar Liqasının pley-offunu keçəcəyi halda isə təmsilçimiz sonuncu səbətdə yer alacaq. Bu da komandamıza "Ölüm qrupu" vəd edir. Amma nəhəngləri ölkəmizə gətirmək imkanından yararlanmaq da böyük uğurdu.

Birbaşa qrupa düşən 22 komandadan 8-i səbətdədi. Bunlar ən yüksək reytinqli 8 ölkənin çempionudu.

İkinci səbətdə isə 7 komanda dəqiq yerini təmin edib. "Sevilya" isə hələ tur keçməlidir. Digər iki səbətdə isə pley-off matçlarını gözləmək lazım gələcək. Ehtimallar üzərində qurulan cədvələ baxsaq, yalnız "Leypsiq"in reytinqi "Qarabağ"dan aşağıdı.

I səbət

"Real"

"Bavariya"

"Çelsi"

"Yuventus"

"Benfika"

"Monako"

"Spartak" Moskva

"Şaxtyor"

II səbət

"Barselona"

"Atletiko"

PSJ

"Borussiya" Dortmund

"Sevilya"

"Mançester Siti"

"Porto"

"Mançester Yunayted"

III səbət

"Napoli"

"Tottenhem"

"Bazel"

"Dinamo" Kiyev

"Ayaks"

"Olimpiakos"

"Anderlext"

"Liverpul"

IV səbət

"Roma"

"Beşiktaş"

"Seltik"

"Zalsburq"

"Kopenhagen"

"Lüdoqorets"

"Feyenord"

"Leypsiq"

Güləşçimiz erməniyə qalib gəldi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR