Play Store

Yayın ən dadlı lobya yeməyi - RESEPT

Yay aylarının ən sevilən bitkilərindən biri lobyadır.

Metbuat.az xəbər verir ki, tərkibi mineral, vitamin və liflərlə zəngin olan lobya həzm sistemini nizama salır, qəbizliyin qarşısını alır. Eyni zamanda, güclü antioksidant qaynağı olan yaşıl lobya zəhərlənmədən sonra yeyildiyi zaman sağalma müddətini sürətləndirir. Bu gün faydalı bitkidən dadlı yemək hazırlayacağıq. Yeməyin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

1 kq təzə lobya

Yarım stəkan zeytun yağı

1 ədəd soğan

1 yemək qaşığı tomat

2 ədəd pomidor

1 stəkan isti su

1 çay qaşığı şəkər tozu

Duz

Hazırlanması:

Lobyanı təmizləyib bol suda yuyun. Eninə iki yerə kəsin. Tavaya zeytun yağı əlavə edib qızdırın. Soğan doğrayıb qızardın. Tomat və duz əlavə edib qarışdırın. Lobyaları və qabığını soyub kub formasında doğradığınız pomidoru əlavə edib qapağını bağlayın. İsti su və şəkər tozu əlavə edib lobya yumşalana qədər bişirin. Soyuq servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Lülə kababı evinizdə hazırlayın - RESEPT- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR