Ermənilərdə savaş qorxusu

Ermənilərdə savaş qorxusu
20:26 8 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün təcili iclas keçirib.

ANS PRESS-in məlumatına görə, iclasda Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Turi Xaçaturov, onun müavini və hərb hissələrin komandirləri iştirak edib.

İclasda bütün hərbi hissələrdə, xüsusən də Dağlıq Qarabağda əsgərlərin döyüş qabiliyyətinin artırılması məsələləri müzakirə edilib.

Baş Qərargah rəisi bildirib ki, orduda əsgərlərin ruh yüksəkliyini də artırmaq lazımdır.

Qeyd edək ki, son günlər Dağlıq Qarabağda ölən erməni əsgərlərin sayı kəskin şəkildə artıb. Ermənistan tərəfi iddia edir ki, əsgərlər Azərbaycan ordusunun diversiya qruplarının hücumu nəticəsində ölüblər. Lakin Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək bildirib ki, ermənilərin gözünə hər yerdə Azərbaycan "diversantı" görünür:

"Təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR