Play Store

Azərbaycan: Həkimin səhv müalicəsi onu ömürlük ŞİKƏST ETDİ

Zaqatalanın Muxax kəndində müəllim işləyən 57 yaşlı İradə Ramazanova həkim məsuliyyətsizliyinin qurbanı olub. 

Xəstənin yaxınları Metbuat.az bildirib ki, hadisələr 7 il əvvəl cərəyan etməyə başlayıb. İradə Ramazanova sümük ağrıları səbəbilə 2010-cu ildə Zaqatala rayon Mərkəz Xəstəxanasına müraciət edib. Xəstəxana qadına “Bel yırtığı” dianozu qoyub və müalicəyə götürüb. Müalicə heç bir effekt vermədiyi üçün xəstə tanışlıqla paytaxtda fəaliyyət göstərən “Uni klinika” adlı özəl xəstəxanaya göndərilib. Həmin vaxt sözügedən xəstəxanada çalışan travmotoloq Ayaz Hümbətov xəstəyə “Osteoporoz” (Sümük əriməsi) diaqnozunu qoyub və bu diaqnozla xəstəni 5 il müalicə edib. Müalicənin nəticəsi olaraq, xəstənin sümüyündə deformasiya yaranıb. Bu səbəblə, xəstə yerimə qabiliyyətini itirib. Daha sonra Milli Okloloji Xəstəxanaya müraciət edilib. Xəstəxana xəstəyə səhv diaqnoz qoyulduğu üçün 5 il müddətində səhv müalicə olunduğunu ortaya çıxarıb. 57 yaşlı qadın ömürlük şikəst olub.

Məsələ ilə bağlı xəstəyə səhv diaqnoz qoyduğu deyilən həkim Ayaz Hümbətovla əlaqə saxladıq. Həkim bildirdi ki, elə bir xəstəsi olub:

“Xəstə 2010-2012-ci illərdə xəstəxanada müayinə olunub. Ona “Osteoporoz” diaqnozu qoyulub, müalicə olunub. Onun xəstəliyinin müalicəsi üçün əlavə 4 həkim cəlb olunub. Müalicədən 5 il sonra xəstədə onkoloji xəstəlik ortaya çıxıb. Biz onu müalicə etdiyimiz dövrdə xəstədə sözügedən xəstəlik olmayıb. Xəstə mənim yanıma gəlmişdi. 10 min manat pul istədi. Və bildirdi ki, həmin pulu verməsəm, məni mediada biabır edəcək. Gedib versin məhkəməyə. Məhkəmə nə qərara verərsə, o da olsun. Bu xəstə gəzir, sağlamdı, 2 dəfə mənim yanıma gəlib. O, şantajla məşğuldur”.

Məsələ ilə bağlı “Uni klinika”nın baş həkimi Əli Qurbanovla əlaqə saxladıq. Telefon zənginə cavab verən həkim problemi eşitdikdən sonra telefonu söndürdü.

Məsələ diqqətimizdədir...

Culfada 4 yaşlı qızı zorlayan oğlanla bağlı - RƏSMİ AÇIQLAMA - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR