Bakı. Cavid Zeynalov - APA. “Baku Guide” bələdçi kataloqunun yeni ildə ilk sayı çapdan çıxıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqda turistlər üçün müxtəlif mövzularda yazılar, təqdimat xarakterli materiallar dərc olunub.
Yeni nəşrdə "Bakı Avropa Oyunları-2015" Təşkilat Komitəsinin kommunikasiya direktoru Vilyam Luis Mari və bəstəkar və müğənni Eminin müsahibəsi dərc olunub.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə yanvar ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur.
Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.