Saakaşvili geri qayıdır -

Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynaya geri qayıtmağa hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, bu barədə onun özü açıqlama verib:

"Evə qaytımaq üçün bir yol tapmalıyam. Bunun üçün Amerika Birləşmiş Ştatları və ya digər ölkələrin məni qorumasına ehtiyac duymuram"

Qeyd edək ki, vaxtilə Odessa vilayətinin qubernatoru vəzifəsini icra edən Saakaşvili, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib. Lakin ötən həftə prezident Petro Poroşenkonun sərəncamıyla onun vətəndaşlığı ləğv edilib.

Barəsində həbs qərarı olduğundan sabiq prezident Gürcüstana qayıda bilmir. 

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR