“Qəbələ” cavab matçına çıxır

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.

Metbuat.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qəbələ” çox vacib oyuna çıxacaq. Roman Qriqorçukun komandası 2 il əvvəl pley-offda mübarizədən kənarlaşdırdığı “Panatinaikos”la üz-üzə gələcək.

Afinada keçirilən ilk matç yunanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu səbəbdən də mərhələdə adlamaq üçün “Qəbələ” ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) - “Panatinaikos” (Yunanı)

İlk oyun - 0:1

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)

Bakı. “Bakcell Arena” stadionu

"Neftçi" - "Qarabağ" qarşılaşması olacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR