Play Store

VİDEO: Bakıda gənclər metronu bir-birinə qatdı - Polis gəldi və...

Ötən gecə Bakı metropoliteninin Koroğlu stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub. 

Hadisə şahidlərinin məlumatına görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib.

Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib.

Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb.

Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə 23:15-də Həzi Aslanov–Dərnəgül xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.

“Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar Koroğlu stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib”.

Nəsimi Paşayev bildirib ki, qatarların hərəkətində 4 dəqiqə fasilə yaranıb. //Oxu.az


Bakı metrosunun sabiq rəhbəri - VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR