Play Store

İsti havalarda sizi sərinlədəcək qarpızlı limonad - Resept

İsti yay aylarının ən sevimli meyvələrindən biri də qarpızdır.

Metbuat.az isti havalarda içinizi sərinlədəcək qarpızlı limonadın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

6 dilim qarpız

4 stəkan soyuq su

1 stəkan limon suyu

Yarım stəkan şəkər tozu

Servis üçün:

Buz

Qarpız dilimləri

Nanə yarpağı

Hazırlanması:

Qarpız dilimlərinin toxumunu çıxardın. Püre halına gələnə qədər blenderdən keçirin. Su, limon suyu və şəkər tozu əlavə edib şəkər əriyənə qədər qarışdırın. Servis qabına töküb buz əlavə edin. Qarpız dilimləri və nanə yarpaqları ilə bəzəyərək servis edin.

Aysel Yaqubqızı / Metbuat.az

Nuş olsun!

Hər kəsin sevimlisi "3 bacı dolması" - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR