Damla toy sahibindən beh alıb, toya getmədi - "Aldatmış olsam..."

Tanınmış müğənni Damlanın toy üçün ev sahibindən beh alıb, son anda toya getmədiyi haqda məlumat yayılıb.

İddiaya görə, Damlanın prodüseri Masallı rayon sakini Elbrus Nurullayev adlı toy sahibindən beh üçün 600 AZN alıb və toya bir neçə dəqiqə qalmış Damlanın toyda iştirak edə bilməyəcəyini deyib.

Metbuat.az olaraq müğənni ilə əlaqə saxladıq. O, məlumatla bağlı bunları bildirdi: “Mənim toylardan heç bir dəqiqə də vaxtım yoxdur. Kimisə aldatmış olsam, bu qədər insan mənə güvənərmi? Belə bir halın baş verməsi mümükün deyil. Kimdirsə, mənim toy bazarımı öldürmək istəyir. Ancaq onların arzusu ürəyində qalacaq”.

Sevillə Sevinc Murada atmaca atdı - "Satdığınız mahnını..." - Oxumaq üçün tıkla 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR