"Saakaşvili işlənmiş bir fiqura çevrilib" - Politoloq rəyi

Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynaya geri qayıtmağa hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, bu barədə onun özü açıqlama verib:

"Evə qaytımaq üçün bir yol tapmalıyam. Bunun üçün Amerika Birləşmiş Ştatları və ya digər ölkələrin məni qorumasına ehtiyac duymuram".

Qeyd edək ki, vaxtilə Odessa vilayətinin qubernatoru vəzifəsini icra edən Saakaşvili, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib. Lakin ötən həftə prezident Petro Poroşenkonun sərəncamıyla onun vətəndaşlığı ləğv edilib.

Barəsində həbs qərarı olduğundan sabiq prezident Gürcüstana qayıda bilmir.

“Onun Ukraynaya qayıdacağına inanmıram”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Məsələnin arxasında Mixail Saakaşvilinin psixoloji problemlərindən irəli gələn xarakterik xüsusiyyətləri yatır. O insanın həyatı burulğanlar içərisində keçib. Uşaqlıq illərində ailə ilə bağlı psixoloji problemlər yaşayıb. Bir müddət yaşıdlarından uzaqlaşaraq özünütəsdiq üçün mütaliə ilə məşğul olub. Onun mübarizliyi bəzən pataloji hal alırdı. Saakaşvili kütlənin ürəyindən keçənləri deyə biləcək, onları inandıra biləcək böyük bir təbliğatçıdır. Xalq bəzən ona nicat yolu kimi baxırdı. O, özünü sübut etmək, insanları özünə inandırmaq, digərlərindən fərqləndirmək xüsusiyyətlərinə malikdir. Məsələ Saakaşvilinin psixoloji portretindədir. ABŞ müəyyən dövr üçün ondan istifadə etdi. Onun keyfiyyətlərindən yararlanaraq müəyyən geosiyasi maraqlarını həyata keçirdi. Ancaq Saakaşvili artıq işlənmiş bir fiqurdur. O, öz fərdi xüsusiyyətlərinin girovuna çevrilib. Hətta müəyyən dövrdən sonra Saakaşvilinin səsi siyasi arenada eşidilməyəcək”.

SORĞU: Uşağa təcavüz edənə hansı cəza verilsin? - VİDEO-Baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR