Play Store

İraqda İŞİD-ə qarşı ikinci dalğa Hücuma keçdilər

İraqın Təlafər şəhərində İŞİD terrorçularına qarşı irimiqyaslı əməliyyatlar başlayıb.

Metbuat.az-ın məlumatına görə, əməliyyatlar yerli özünümüdafiə dəstələri tərəfindən aparılır. Şəhər ətrafındakı 17 kənd terrorçulardan azad edilib. Xeyli sayda İŞİD terrorçusu zərərsizləşdirilib. Bildirilir ki, Mosuldan fərqli olaraq Təlafər əməliyyatı daha asan ola bilər.

Çünki, şəhərdəki terrorçuların texniki avadanlıqları zəifdir və onlar müdafiə olunmaqda çətinlik çəkir. Hazırda Təlafərdə minə qədər İŞİD üzvünün olduğu güman edilir. 

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR