Play Store

Göyçayda 3 otaqlı ev yanıb

Göyçay rayonunda fərdi yaşayış evində yanğın olub.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün saat 19.30 radələrində Mirzəhüseynli kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı Kərimov Ceyhun Malik oğluna məxsus ümumi sahəsi 90 kv. metr olan üç otaqlı evində yanğının söndürülməsi üçün əraziyə FHN-nn Göçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın söndürüb, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğına elektrik naqillərində qısaqapanmanın baş verməsi səbəb olduğu ehtimal edilir.    



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR