Play Store

Modelin qəbrini dağıtdılar - Cəsədini məzardan çıxardılar və...-VİDEO

Böyük Britaniyada 18 yaşında öldürülən model Salli Anne Boumanın cəsədi Ədliyyə Nazirliyinin icazəsiylə məzarından çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, buna modelin anasının şikayəti səbəb olub. Qadın bildirib ki, naməlum şəxslər qızının məzarına hücum edərək, məzar daşına ziyan vurub. Onun qəbri üstünə zibil və solmuş güllər qoyulub.

Ana iddia edir ki, şübhəlilər qızın cəsədini hələ 4 il əvvəl məzardan çıxarıb.

Müvafiq qurumlar qalıqları müayinə edərək onun modelə aid olub-olmadığını müəyyən edəcək.

Qeyd edək ki, Salli 11 il əvvəl qətlə yetirilib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR