"Qəbələ" klubu UEFA Avropa Liqası ilə vidalaşdı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu Yunanıstanın "Panatinaykos" klubu ilə qarşılaşıb.

Metbuat.az-ın məlumatına görə, görüş 1:2 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb. Oyunun 52-ci dəqiqəsində yunanların oyunçusu Moledo öz qapısına qol vurub 1:0. Lakin " Panatinaykos" 63-cü dəqiqədə Lod və 66-cı dəqiqədə Kabezasın qolları ilə irəli çıxıb 1:2. 

Beləliklə, "Qəbələ" klubu UEFA Avropa Liqası ilə vidalaşıb. 

Qeyd edək ki, "Qəbələ" - "Panatinaykos" qarşılaşmasının ilk oyunu 1:0 hesabı ilə yunanların xeyrinə bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR